​Bakıda həbsxanaya "zəhərli qənd" keçirmək cəhdinin qarşısı alınıb

​Bakıda həbsxanaya "zəhərli qənd" keçirmək cəhdinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2015 21:28
​Bakıda həbsxanaya zəhərli qənd keçirmək cəhdinin qarşısı alınıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

"Report" Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə istinadən xəbər verir ki, narkotik maddə 2 saylı cəzaçəkmə müəssisəsində xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində aşkar edilib.

Məlumata görə, 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin (Cinayət Məcəlləsinin 126.2.4 maddəsi üzrə) yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Bakı şəhər sakini Vüsal Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi xalis çəkisi 2,14 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi