Bakıda həbsdəki qardaşına telefon ötürmək istəyən bacı saxlanılıb

Bakıda həbsdəki qardaşına telefon ötürmək istəyən bacı saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Noyabr , 2014 11:14
Bakıda həbsdəki qardaşına telefon ötürmək istəyən bacı saxlanılıb
Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda 11 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) telefon ötürmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

PX əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri zamanı CÇM-də cəza çəkən, Cinayət Məcəlləsinin 120.2.2  (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gələn bacısı, Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 1 ədəd “Cin” və 1 ədəd “Azercell” danışıq kartları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi