Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə Nizami rayonu Babək prospekti 85 A ünvanında qeydə alınıb.
Belə ki, Hüseynəli adlı şəxs Gürcüstan vətəndaşı 1988-ci il təvəllüdlü Ziya Qurbanovun döş nahiyəsinə bıçaqla xəsarət yetirib.
Z.Qurbanov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.