Bakıda gənc bacısının nişanlısını qətlə yetirib

Bakıda gənc bacısının nişanlısını qətlə yetirib Hadisə Sabunçu rayonu ərazisində yerləşən Yeni yaşayış massivində qeydə alınıb
Hadisə
13 Fevral , 2015 02:01
Bakıda gənc bacısının nişanlısını qətlə yetirib

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda qətl hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslanoğlu Abdullayevi bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, qətlə yetirilən Habil Abdullayev nişanlısı ilə gedibmiş. O, gələcək qayınatası Elşən Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızınq ardaşı Elvin Cavadov isə buna etiraz edib.

Mübahisə zəminidə o, bacısının nişanlısına bir bıçaq zərbəsi vurub, ürək nahiyəsindən xasərat alan 24 yaşlı gənc dünyasını dəyişib.

Elvin Cavafov polisə könüllü təslim olub. O, ilkin ifadəsində bacısının nişanlısının onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi