​Bakıda gəlin toy günü yol qəzasında ölüb - FOTO

​Bakıda gəlin toy günü yol qəzasında ölüb - FOTO Maşının aşması nəticəsində daha bir nəfər dünyasını dəyişib
Hadisə
10 İyun , 2015 07:51
​Bakıda gəlin toy günü yol qəzasında ölüb - FOTO

Bakı. 10 İyun. REPORT.AZ/ Bakıda gəlin toyu günü yol qəzasında ölüb.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

Belə ki, Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.

Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti hələlik məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi