Bakıda evin zirzəmisindən 30 min dollarlıq inşaat materialları oğurlanıb

Bakıda evin zirzəmisindən 30 min dollarlıq inşaat materialları oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Fevral , 2016 13:54
Bakıda evin zirzəmisindən 30 min dollarlıq inşaat materialları oğurlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda evin zirzəmisindən 30 min dollarlıq avadanlıq və inşaat materialları oğurlanıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarsənin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini Rəşad Kərimova məxsus evin zirzəmisindən 30 min ABŞ dolları dəyərində avadanlıq və inşaat materialları oğurlayan paytaxt sakini Elşad Kərimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi