Bakıda evdən 50 min manat pul oğurlayan şəxs tutulub

Bakıda evdən 50 min manat pul oğurlayan şəxs tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
3 Sentyabr , 2016 12:30
Bakıda evdən 50 min manat pul oğurlayan şəxs tutulub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda 50 min manat pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Bakı şəhər sakini Aslan Yaqubovun evindən 50 min manat pul oğurlamaqda şübhəli bilinən Babək rayon sakini Ruslan Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi