Bakıda evdə qadın meyiti tapılıb

Bakıda evdə qadın meyiti tapılıb Srednovo Larisa Qriqoryevnanın cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
17 Dekabr , 2015 15:53
Bakıda evdə qadın meyiti tapılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakıda evdə qadın meyiti aşkar olunub. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda fərdi yaşayış evində 1951-ci il təvəllüdlü Srednovo Larisa Qriqoryevna bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.

S.Larisanın cəsədi aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi