Bakı. 1 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı evdə bir azyaşlı uşaq yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda ev yanğını zamanı azyaşlı uşaq xəsarət alıb
Hadisə
1 Yanvar , 2015
18:32
https://static.report.az/photo/d4ef0c4b-b842-4358-a093-32d20e7f8e40.jpg