​Bakıda əsgərlik yoldaşını öldürən şəxs barəsindəki hökmdən apellyasiya şikayəti verib

​Bakıda əsgərlik yoldaşını öldürən şəxs barəsindəki hökmdən apellyasiya şikayəti verib Şikayətə noyabrın 26-da baxılacaq
Hadisə
24 Noyabr , 2015 11:27
​Bakıda əsgərlik yoldaşını öldürən şəxs barəsindəki hökmdən apellyasiya şikayəti verib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda əsgərlik yoldaşını öldürməkdə təqsirləndirilən Məcidli Zamin Tofiq oğlu barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə noyabrın 26-da baxılacaq.

Qeyd edək ki, ötən il iyulun 12-də Bakının Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı meşəlik ərazidə, zorakılıq əlamətləri ilə Salyan şəhər sakini, 20 yaşlı Nurlan Xudiyevin meyitini aşkar ediblər. Mərhumu müayinə edən ekspert cavan oğlanın döş qəfəsində bıçaq xəsarətlərinin olmasını müəyyən edib. RPİ və prokurorluq əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin açılması və törədilməsində şübhəli bilinən şəxsin tutularaq, məsuliyyətə cəlb olunması təmin edilib. İyulun 19-da mərhumla dostluq münasibətlərində olan Bakı şəhər sakini Zamin Məcidli tutulub. Dindirmə zamanı saxlanılan şəxs mərhumla birlikdə hərbi xidmətdə olduğunu, hərbidən sonra isə ara-bir şəhərdə görüşdüklərini bildirib. Aralarında münaqişə şəxsi münasibətlər zəminində baş verib. Z.Məcidlinin sözlərinə görə, N.Xudiyev onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o məişət-təsərrüfat təyinatlı bıçaqla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o, kəsici aləti yaşadığı evin həyətində basdırıb.

Oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Ekspertin rəyinə əsasən, təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törədib. Bu səbəbdən məhkəmə Z.Məcidlinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsindən 122-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

Məhkəmənin hökmü ilə Z.Məcidli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi