Bakıda əmisi oğlunun avtomobilini qaçıran şəxs tutulub

Bakıda əmisi oğlunun avtomobilini qaçıran şəxs tutulub Avtomobil paytaxtın Nəsimi rayonu ərazisində tapılıb
Hadisə
17 Mart , 2016 11:56
Bakıda əmisi oğlunun avtomobilini qaçıran şəxs tutulub

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda əmisi oğlunun avtomobilini qaçıran şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Bakı şəhər sakini Rauf Şahmalıyevə məxsus “VAZ-2109” markalı avtomobili qaçırmış əmisi oğlu, Zaqatala rayon sakini Camaləddin Şahmalıyev saxlanılıb. Avtomobil paytaxtın Nəsimi rayonu ərazisində tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi