Bakıda emalatxanada yanğın olub

Bakıda emalatxanada yanğın olub Hadisə Binəqədi rayonunda baş verib
Hadisə
19 İyul , 2015 17:44
Bakıda emalatxanada yanğın olub

Bakı. 19 iyul. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 550 kv.m olan karton emalatxanasında 70 kv.m sahədə karton taralar və elektrik şiti yanıb.

Sexin qalan hissəsi və ona bitişik mənzillər yanğından muhafizə olunub. Yanğın saat 15:10-da söndürülüb.

Son xəbərlər

Orphus sistemi