​Bakıda ekstrasensi öldürən şəxsin məhkəməsi təxirə salınıb

​Bakıda ekstrasensi öldürən şəxsin məhkəməsi təxirə salınıb İclasın təxirə salınmasına səbəb təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin məhkəməyə gəlməməsi olub
Hadisə
11 Yanvar , 2016 15:11
​Bakıda ekstrasensi öldürən şəxsin məhkəməsi təxirə salınıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ekstrasensi öldürməkdə təqsirləndirilən Goranboy rayonu, Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Cahangirov Məhəbbət Vilayət oğlunun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmənin hazırlıq iclası təxirə salınıb.

"Report"un xəbərinə görə, cinayət işinə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılır. Təqsirləndirilən şəxsin vəkili məhkəməyə gəlmədiyinə görə proses təxirə salınıb. 

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci il mart ayının 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi,5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə 1970-ci il təvəllüdlü Tahir Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış. Səbail Rayon Polis İdarəsindən (RPİ) 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı hadisəni törədən Goranboy rayonu, Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Cahangirov Məhəbbət Vilayət oğlu saxlanılaraq istintaqa təqdim olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cahangirov din xadimini yazdığı duaya görə öldürüb. Belə ki, M.Cahangirov 2008-ci ildə əsəb xəstəliyinə və başında olan ağrılara görə T.Talıbova müraciət edib. Onu müayinə edən T.Talıbov dua yazıb. Həmin duanı gəzdirən Məhəbbət Cahangirov bildirib ki, elə ondan sonra həyatı daha da alt-üst olub, işində problemlər yaranıb, ağrıları da çoxalıb. Bu səbəbdən M.Cahangirov din xadimindən intiqam almaq istəyib.

Son xəbərlər

Orphus sistemi