​Bakıda Əfqanıstan vətəndaşı avtomobil qəzası törədib: 5 yaralı var

​Bakıda Əfqanıstan vətəndaşı avtomobil qəzası törədib: 5 yaralı var Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Avqust , 2016 15:18
​Bakıda Əfqanıstan vətəndaşı avtomobil qəzası törədib: 5 yaralı var

Bakı. 11 avqust. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Pirallahı rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, Əfqanistan vətəndaşı 1977-ci il təvəllüdlü Məhəmməd Yusiflinin idarə etdiyi “Audi” və Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Ələkbər Əskərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində M.Yusifli, sərnişinləri - arvadı 1980-ci il təvəllüdlü Məsimə, oğlu 1999-cu il təvəllüdlü Səyid, Ə.Əskərovun sərnişinləri - 1934-cü il təvəllüdlü Narxanım Bağırova və 1997-ci il təvəllüdlü Fidan Həsənova müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi