Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbəsi bıçaqlanıb

Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbəsi bıçaqlanıb Faktla bağlı araşdırmalar aparılır
Hadisə
19 Dekabr , 2015 13:45
Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbəsi bıçaqlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanasında bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, M.Qasımov küçəsi 44-də yerləşən ADNSU-nun yataqxanasında yaşayan Türkmənistan vətəndaşı 1995-ci il təvəllüdlü Nəriman Mahmudov bıçaqlanıb.

Ona qaldığı otaqda boynundan bıçaq zərbəsi vurulub. Tələbə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. N.Mahmudovun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi