​Bakıda DYP rəisinin işdən çıxarılmasının səbəbi açıqlanıb

​Bakıda DYP rəisinin işdən çıxarılmasının səbəbi açıqlanıb Polis mayoru bir ilin 190 gününü xarici ölkələrdə keçirib
Hadisə
26 Oktyabr , 2015 10:51
​Bakıda DYP rəisinin işdən çıxarılmasının səbəbi açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis mayoru Zaur Cəfərovun işdən çıxarılmasının səbəbi açıqlanıb. “Report”un xəbərinə görə, işdən çıxarılmaya səbəb Z.Cəfərovun ötən bir ilin yarısından çoxunu ölkədən kənarda olmasıdır.

Belə ki, polis mayoru bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirib. O, xaricə gedərkən əksər hallarda rəhbərliyə məlumat verməyib. Bu səbəbdən də vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun kürəkənidir.

Son xəbərlər

Orphus sistemi