Bakıda dostlarını öldürən şəxslərin məhkəməsi başlayıb

Bakıda dostlarını öldürən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası sentyabrın 14-nə təyin edilib
Hadisə
8 Sentyabr , 2016 14:41
Bakıda dostlarını öldürən şəxslərin məhkəməsi başlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib. Hadisədən 5 ay sonra həmin şəxsi Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü V.Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü V.Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü N.İsmayılovun öldürdüyü bəlli olub. Belə ki, qətli törədən şəxslər X.Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22:00 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər. Bundan sonra dostlar arasında mübahisə yaranıb və V.Mirzəyev, V.Qədiyev və N.İsmayılov X.Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər. Polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi