Bakıda doğum evində oğurluq hadisəsi olub

Bakıda doğum evində oğurluq hadisəsi olub Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Noyabr , 2014 13:19
Bakıda doğum evində oğurluq hadisəsi olub
Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda doğum evində oğurluq hadisəsi olub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində oturacağın üzərindən Qazax rayon sakini Sevil Mansurovaya məxsus içərisində mobil telefon və 2400 manat olan pul kisəsi oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Şahnaz Mövsümova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi