Bakıda dilənçilik adı altında oğurluqlar edən qadın saxlanılıb

Bakıda dilənçilik adı altında oğurluqlar edən qadın saxlanılıb Onun cinayətlərinin sayının artacağı istisna olunmur
Hadisə
20 Noyabr , 2014 17:55
Bakıda dilənçilik adı altında oğurluqlar edən qadın saxlanılıb
Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda dilənçilik adı altında oğurluqlar edən qadın saxlanılıb. Yasamal Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 35 yaşlı Beyləqan rayon sakini Vüsalə Şəfiyeva tutulub. V.Şəfiyeva ifadəsi zamanı dilənçi kimi daxil olduğu mənzillərdən oğurluq etdiyini etiraf edib. O, dilənçi kimi qapısını döydüyü mənzillərdə ev sahiblərinin başının qarışmasından istifadə edərək oradan pul və qızıl-zinət əşyaları götürüb uzaqlaşırmış. V.Şəfiyeva təkcə Yasamal rayonunda bu üsulla 5 mənzildən oğurluq etdyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb. V.Şəfiyevanın cinayətlərinin sayının artacağı istisna olunmur.

Son xəbərlər

Orphus sistemi