Bakıda Dənizkənarı Milli Parkda daha bir intihara cəhd olub - YENİLƏNİB

Bakıda Dənizkənarı Milli Parkda daha bir intihara cəhd olub - YENİLƏNİB Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib
Hadisə
26 Sentyabr , 2015 14:17
Bakıda Dənizkənarı Milli Parkda daha bir intihara cəhd olub - YENİLƏNİB

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində növbəti intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, Fövqəladə Hallar nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:23-də başa çatıb.

*** 12:21

Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd hadisəsi qeydə alınıb. "Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi