​Bakıda dənizdə boğulmuş 19 yaşlı şəxsin cəsədi tapılıb

​Bakıda dənizdə boğulmuş 19 yaşlı şəxsin cəsədi tapılıb Sahil Yusifzadənin cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Hadisə
28 İyun , 2016 21:30
​Bakıda dənizdə boğulmuş 19 yaşlı şəxsin cəsədi tapılıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda dənizdə boğulmuş şəxsin cəsədi tapılıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlunun axtarışları başa çatıb.

Sahil Yusifzadənin cəsədi xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən, 700 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:40-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi