Bakıda dələduzluqla məşğul olan iki nəfər saxlanılıb

Bakıda dələduzluqla məşğul olan iki nəfər saxlanılıb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
22 Dekabr , 2014 11:32
Bakıda dələduzluqla məşğul olan iki nəfər saxlanılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda dələduzluqla məşğul olan iki nəfər saxlanılıb.

Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2013-cü ildə Bakı şəhər sakini Habil Qasımovun etibarından sui istifadə edərək 2 100 manatını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvəllər məhkum olunan 1955-ci il təvəllüdlü Vidadi Əliyev tutulub.

Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi, 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Amil Əsgərov tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi