​Bakıda dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

​Bakıda dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub Alqış Həsənov 4 il, Feyruz Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Noyabr , 2015 10:45
​Bakıda dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feyruz Məmmədov və Alqış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Həsənov 4 il, F.Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il F.Məmmədov və A.Həsənov Bakıda dələduzluq etdikləri üçün saxlanılıblar. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi