Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Hüseynov Bakıda bir neçə şəxsdən dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub. A.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.