Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadının məhkəmə istintaqı yekunlaşıb

Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadının məhkəmə istintaqı yekunlaşıb Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib
Hadisə
7 Oktyabr , 2016 17:39
Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadının məhkəmə istintaqı yekunlaşıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehriban Həbibova və Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, M.Həbibova və N.Əzizov Bakı şəhər sakinlərinə qarşı dələduzluqda etməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işində 8 zərərçəkmiş var. M.Hüseynova və N.Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (dəlduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. N.Əzizov barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda zamindədir. Xatırladaq ki, M.Hüseynova daha əvvəllər məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi