Bakıda dəhşətli yol qəzası baş verib - FOTOLAR

Bakıda dəhşətli yol qəzası baş verib - FOTOLAR Hadisə nəticəsində iki nəfər ölüb
Hadisə
9 Yanvar , 2015 12:51
Bakıda dəhşətli yol qəzası baş verib - FOTOLAR

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakının Qaradağ rayonu ərazisində “Daewoo” markalı minik avtomobili dəmir çəpərlərə çırpılaraq deformasiyaya uğrayıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü, Cabbarov Yasin Çərkəz oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin (kişi və qadın) cəsədi isə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi