Bakıda daha iki polis bölməsinə rəis təyinatı olub

Bakıda daha iki polis bölməsinə rəis təyinatı olub Yeni rəislərdən biri Milli qəhrəmanın oğludur
Hadisə
2 Sentyabr , 2016 13:27
Bakıda daha iki polis bölməsinə rəis təyinatı olub

Yeni rəislərdən biri Milli qəhrəmanın oğludur

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report”un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub.

22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur.

Son xəbərlər

Orphus sistemi