Bakıda daha bir yük maşını sərnişin avtobusu ilə toqquşub

Bakıda daha bir yük maşını sərnişin avtobusu ilə toqquşub Faktla bağlı araşdırma aparılır
Hadisə
8 İyun , 2015 17:41
Bakıda daha bir yük maşını sərnişin avtobusu ilə toqquşub

Bakı. 8 iyun. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb. “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi