Bakıda daha bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Bakıda daha bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib Sabunçu rayonunda gün ərzində ikinci şəxs xilas edilib
Hadisə
26 İyul , 2015 16:03
Bakıda daha bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Bakı. 26 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bu gün batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas olunub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, xilasetmə məntəqəsindən 750 metr solda, nəzarətsiz ərazidə batmaq təhlükəsi ilə üzləşən şəxs dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 14:50-də başa çatıb.

Xatırladaq ki, bu gün səhər eyni rayonda batmaq təhlükəsi ilə üzləşən vətəndaş xilas edilmişdi.

Son xəbərlər

Orphus sistemi