​Bakıda cinsi azlıq nümayəndəsinə qarşı quldurluq edilib

​Bakıda cinsi azlıq nümayəndəsinə qarşı quldurluq edilib Hadisə ilə bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir
Hadisə
10 Aprel , 2015 12:42
​Bakıda cinsi azlıq nümayəndəsinə qarşı quldurluq edilib

Bakı. 10 aprel. REPORT.AZ/ Bakıda quldurluq hadisəsi baş verib. “Report”un məlumatına görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 9-da saat 21 radələrində Şərifli küçəsində yerləşən mənzildə Hacıqabul rayon sakini E.A-nın quldurluq yolu ilə mobil telefonunu talamaqda şübhəli bilinən Şabran rayon sakini 1994-cü il təvəllüdlü Soltanov Qismət Ələkbər oğlu tutulub. Hadisə ilə bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, zərərçəkən E.A. cinsi azlıq nümayəndəsidir. O, hadisə günü sosial şəbəkələrdən birində tanış olduğu Q.Soltanovla yaşadığı mənzildə cinsi əlaqədə olmaq məqsədi ilə görüşüb. Aralarında yaranan mübahisə zamanı isə quldurluq cinayəti hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi