Bakıda cinayət törədən Gürcüstan vətəndaşı saxlanılıb

Bakıda cinayət törədən Gürcüstan vətəndaşı saxlanılıb O, mağazadan 5000 manat dəyərində avtoaksesuar oğurlayıb
Hadisə
1 Dekabr , 2014 12:18
Bakıda cinayət törədən Gürcüstan vətəndaşı saxlanılıb

Bakı. 01 dekabr. REPORT.AZ/ Bakıda cinayət törədən Gürcüstan vətəndaşı saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Belə ki, avqust-noyabr aylarında Gürcüstan vətəndaşı Anar Həsənova məxsus Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri mağazasından, açarseçmə yolu ilə 5000 manat dəyərində avtoaksesuar oğurlanıb. Xətai Rayon Polis İdarəsi ( RPİ) 34-cü Polis Bölməsi, Çevik Polis Alayı, Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinənlər - Gürcüstan vətəndaşı 1978-ci il təvəllüdlü Nəsimi Həmidov və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Babək Allahyarov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi