Bakıda cibində külli miqdarda pul olan şəxs itkin düşüb - FOTO

Bakıda cibində külli miqdarda pul olan şəxs itkin düşüb - FOTO Pərviz Əlibəyli səkkiz aylıq körpə atasıdır
Hadisə
18 Dekabr , 2015 14:41
Bakıda cibində külli miqdarda pul olan şəxs itkin düşüb - FOTO

Bakı. 18 dekbar. REPORT.AZ/ Bakıda kredit təşkilatının əməkdaşı itkin düşüb. Bu barədə "Report"a itkin düşən Pərviz Əlibəylinin ailəsi məlumat verib. 

P.Əlibəylinin ailəsi bildirib ki, o, evdən çıxarkən cibində 5 min ABŞ dolları olub: "Həmin pulu Pərviz yaxın qohumuna vermək üçün aparırdı. Bu gün səhərdən evdən çıxıb, onun harada olması barədə məlumatımız yoxdur. Telefonu da söndürülüb".

P.Əlibəyli səkkiz aylıq körpənin atasıdır.

Onu görənlərdən, yaxud harada olması barədə məlumatı olanlardan bu telefon nömrələrinə zəng vurmaları xahiş olunur: 

(050) 3303598; (050) 6799997.

Son xəbərlər

Orphus sistemi