Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb Şübhəli şəxsin üzərindən tiryək aşkar olunaraq götürülüb
Hadisə
14 Yanvar , 2015 11:21
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

BŞBPİ Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli olan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Mehman Məhəmmədəli oğlu Qurbanov tutulub. Şübhəli şəxsin üzərindən 1,787 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi