Bakıda cəzaçəkmə müəssisəsinə poçtla 2 telefon göndərilib

Bakıda cəzaçəkmə müəssisəsinə poçtla 2 telefon göndərilib Materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib
Hadisə
22 Avqust , 2016 12:14
Bakıda cəzaçəkmə müəssisəsinə poçtla 2 telefon göndərilib

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıdakı 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Timurbulatov Timur Vladimiroviçə tanışı, vətəndaş Səfərov Cəbi tərəfindən poçt vasitəsi ilə göndərilən banderoldakı 2 dəst başmaqlığın daban hissəsində xüsusi üsulla gizlədilmiş “Nokia” və “Samsung” markalı mobil telefon aparatları və 31 həb dərman preparatı aşkar edilərək götürülüb.

Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi