Bakıda "BMW" markalı minik avtomobili yanıb

Bakıda "BMW" markalı minik avtomobili yanıb Avtomobilin bir hissəsi yanğından qorunub
Hadisə
7 Sentyabr , 2016 03:41
Bakıda BMW markalı minik avtomobili yanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi