Bakıda birmərtəbəli evin dam örtüyü yanıb

Bakıda birmərtəbəli evin dam örtüyü yanıb Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
12 İyul , 2015 22:03
Bakıda birmərtəbəli evin dam örtüyü yanıb

Bakı. 12 iyul. REPORT.AZ/ Bakının Suraxanı rayonunda birmərtəbəli evin dam örtüyü qismən yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi