​Bakıda bir qardaşı öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda bir qardaşı öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib
Hadisə
2 Avqust , 2016 10:38
​Bakıda bir qardaşı öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 2 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən Hacıbağır Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Bakı şəhər sakinləri, Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və onun qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Ə.Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

H.Bağırov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il iyun ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Bağırov 18 il 6 ay, R.Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə E.Bağırov barəsində isə şərti cəza təyin edib. Hökmdən narazı qalan H.Bağırov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi