Bakıda qadın keçmiş ərindən 10 bıçaq zərbəsi alıb

Bakıda qadın keçmiş ərindən 10 bıçaq zərbəsi alıb Qaradağ rayon sakini Sadıqova Günay Ələt qəsəbəsində bıçaqlanıb
Hadisə
2 Aprel , 2015 04:47
Bakıda qadın keçmiş ərindən 10 bıçaq zərbəsi alıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə zamanı Qaradağ rayon sakini 34 yaşlı Sadıqova Günay Saday qızı Ələt qəsəbəsində yaşadığı evdə bıçaqlanıb.

G.Sadıqova xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda 10 bıçaq xəsarətinin olması müəyyən edilib. G.Sadıqovanın vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırmalar zamanı məlum olub ki, qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisədən bir gün əvvəl Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 3 uşaq anası olan G.Sadıqova həyat yoldaşından boşanıb. Bundan sonra keçmiş əri G.Sadıqova yaşadığı mənzilə gələrək, orada onu bıçaqlayıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi