Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib Onlardan biri ölüb, digərləri xəstəxanaya yerləşdirilib
Hadisə
18 Yanvar , 2016 14:22
Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər. F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi