Bakı. 20 may. REPORT.AZ/ Bu gündən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb.
"Report"un əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni - daş materiallarla üzlənməsi prosesini izləyib.
Üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb.
İş icraçısı Ramin Cəfərov "Report"a bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır: "Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır".