Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
12 Sentyabr , 2015 11:02
Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də saat 23:30 radələrində Binə qəsəbəsi Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayevə bıçaqla ağır bədən xasarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi