Bakıda bıçaqlanan yol polislərindən biri DİN-in Hospitalına yerləşdiriləcək

Bakıda bıçaqlanan yol polislərindən biri DİN-in Hospitalına yerləşdiriləcək Digər yaralı isə xəstəxanadan evə buraxılıb
Hadisə
20 Noyabr , 2014 11:20
Bakıda bıçaqlanan yol polislərindən biri DİN-in Hospitalına yerləşdiriləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda bıçaqlanan yol polislərindən biri xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Bakı Şəhər Dövlət yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, polis kiçik serjantı Yasin Umudovun xəsarətləri yüngül olduğundan müalicəsini ev şəraitində davam etdirəcək. Digər yaralı polis baş serjantı Nicat Bayramov isə bu gün Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdiriləcək. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsindən isə "Report"a bildirilib ki, yol polislərini bıçaqlayan şəxslərdən biri hadisə vaxtı "Nissan" markalı avtomaşında olan 1986-cı il təvəllüdlü Ağayev İlham Əbülfət oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Yol polislərini bıçaqlayan digər şəxsin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi