Bakıda bıçaqlanan şəxsi xəstəxanaya polis aparıb

Bakıda bıçaqlanan şəxsi xəstəxanaya polis aparıb Nizami RPİ əməkdaşları cinayətkarın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər
Hadisə
14 Noyabr , 2014 09:43
Bakıda bıçaqlanan şəxsi xəstəxanaya polis aparıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunun ərazisində bıçaqlanma hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, metronun "Ulduz" metrostansiyasının yaxınlığında 34 yaşlı Emin Həsən oğlu Hüseynov bıçaqlanıb. Belə ki, Emin Hüseynov yaşadığı məhəllədə qohumu ilə mübahisə edib. Mübahisə zamanı qohumu onu bıçaqlayıb. Oğlunun bıçaqlandığını görən E.Hüseynovun atası Həsən Hüseynov onu xəstəxanaya çatdırmaq üçün yola çıxarıb. Bu zaman post patrul xidməti avtomobili görən ata onu saxlatdırıb. Polis əməkdaşları yaralını xəstəxanaya çatdırıblar. Qohumunu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hazırda Nizami RPİ əməkdaşları onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi