Bakıda basqınlar törətməyi planlaşdıran dəstə zərərsizləşdirilib

Bakıda basqınlar törətməyi planlaşdıran dəstə zərərsizləşdirilib Onlardan soyuq silahlar və narkotik vasitələr götürülüb
Hadisə
11 Noyabr , 2014 13:39
Bakıda basqınlar törətməyi planlaşdıran dəstə zərərsizləşdirilib
Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda basqınlar törətməyi planlaşdıran dəstə zərərsizləşdirilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-na keçən gecə, Neapol küçəsində yaşayan vətəndaşa qarşı silahlı basqına hazırlaşmaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Rahib Hüseynov, əvvəllər məhkum olunan – 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü C.İsmayılov tutulub. Keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd “Baykal” MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və  soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq götürülüb.

Son xəbərlər

Orphus sistemi