Bakıda baş verən partlayışda yaralananların adları açıqlanıb

Bakıda baş verən partlayışda yaralananların adları açıqlanıb Yaralılar xəstəxanaya yerləşdiriliblər
Hadisə
12 Yanvar , 2015 12:59
Bakıda baş verən partlayışda yaralananların adları açıqlanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakının Qaradağ rayonunda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

"Report" DİN-in saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış olub. Nəticədə 60 kvm. sahədə ev əşyaları yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi