​Bakıda baş verən insidentdə güllələnən və bıçaqlanan şəxslərin adı açıqlanıb

​Bakıda baş verən insidentdə güllələnən və bıçaqlanan şəxslərin adı açıqlanıb Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib
Hadisə
22 Aprel , 2016 09:51
​Bakıda baş verən insidentdə güllələnən və bıçaqlanan şəxslərin adı açıqlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bakının Səbail rayonunda yerləşən “Bulaq” restoranında baş verən insident zamanı “Makarov” tipli tapançadan istifadə edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı 28 yaşlı Fuad Əkbərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb.

Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi