​Bakıda banklardan kredit götürmək məqsədilə saxta sənəd və arayışlar hazırlayan şəxs saxlanılıb - FOTO

​Bakıda banklardan kredit götürmək məqsədilə saxta sənəd və arayışlar hazırlayan şəxs saxlanılıb - FOTO Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib
Hadisə
12 Sentyabr , 2015 12:20
​Bakıda banklardan kredit götürmək məqsədilə saxta sənəd və arayışlar hazırlayan şəxs saxlanılıb - FOTO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində banklardan kredit götürmək məqsədilə saxta sənəd və arayışlar hazırlayan şəxs saxlanılıb. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə Laçın rayon sakini Ədalət Kalbalıyevin vətəndaşa banklardan birinə təqdim etmək üçün “Uni-İnfo Holding” MMC-də menecer vəzifəsində işləməsi və aylıq 550 manat əmək haqqı alması barədə saxta arayış tərtib edərək 200 manata satmaq istəməsi barədə məlumat daxil olub. Ə.Kalbalıyev saxta arayışı qeyd edilən məbləğə satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, Ə.Kalbalıyev paytaxtdakı poliqrafiya mərkəzlərindən birində sözügedən firmanın rekvizitləri olan boş blankda vətəndaşın həmin şirkətdə işləməsi barədə saxta arayış hazırlayıb. Daha sonra isə o, saxta arayışı firmanın direktoru kimi imzalayaraq saxta möhürlə təsdiqləyib.

Baxış zamanı Ə.Kalbalıyevin idarə etdiyi avtomobildən və poliqrafiya mərkəzindən müxtəlif banklara təqdim etmək üçün tərtib edilən saxta arayışlar, möhürlər, adıçəkilən firmanın rekvizitləri olan boş blanklar və onların hazırlanmasında istifadə edilən kompüter avadanlıqları aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi