Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub Elşad Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
17 Oktyabr , 2016 18:03
Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib. Hadisəni törədən E.Davudov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi