Bakıda azyaşlını vuran sürücü qaçıb

Bakıda azyaşlını vuran sürücü qaçıb Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
7 Sentyabr , 2016 12:00
Bakıda azyaşlını vuran sürücü qaçıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda avtomobil azyaşlını vurub.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 17 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Naməlum sürücünün idarə etdiyi “Daewoo” markalı avtomobillə azyaşlı Milana Məhərrəmova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi