Bakıda azyaşlı evin pəncərəsindən yıxılaraq ölüb

Bakıda azyaşlı evin pəncərəsindən yıxılaraq ölüb Hadisə Rəsulzadə qəsəbəsində baş verib
Hadisə
29 İyun , 2016 12:39
Bakıda azyaşlı evin pəncərəsindən yıxılaraq ölüb

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda azyaşlı evin pəncərəsindən yıxılaraq ölüb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evin 3-cü mərtəbəsindən pəncərədən ehtiyatsızlıqdan yıxılıb. 

Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi